Bakıda evdən qaçmış 15 yaşlı qız bir həftə sonra tapıldı
7 Fevral 2013 15:51 KriminalYanvarın 31-də Bakı şəhərinin Suraxanı rayonunda itkin düşmüş qız tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 15 yaşlı Ə.M həmin gün atasına sinif yoldaşından kitab alacağını deyib və evdən çıxıb. Lakin yeniyetmə qız daha sonra evə qayıtmayıb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.M fevralın 6-da tapılıb və ailəsinə təhvil verilib.
Hazırda 15 yaşlı qızın bir həftə müddətində harada olması, nə işlə məşğul olması və digər maraqlı məqamlar araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31