Əziz Seyidov daha 5 il Bakı şəhər prokuroru olacaq
20 Aprel 2012 16:51 KriminalBakı şəhər prokuroru Əziz Seyidov növbəti 5 il də bu vəzifəni yerinə yetirəcək.Lent.az-ın məlumatına görə, bir müddət əvvəl Respublika Baş Prokurorluğu tərəfindən Bakı Şəhər Prokurorluğunda aparılan yoxlamalar başa çatıb və bundan sonra baş prokuror Zakir Qaralov Əziz Seyidovu növbəti 5 il müddətində bu vəzifəyə təsdiqləyib. Qeyd edək ki, Bakı şəhər prokuroru Əziz Seyidovun 5 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar həyata keçirilən yoxlamalar bu ayın əvvəllərində aparılmışdı. Azərbaycan qanunvericiliyinə görə, rayon və şəhər prokurorları baş prokurorun əmri ilə 5 illik müddətə təyin olunurlar. Bakı şəhər prokuroru Əziz Seyidovun səlahiyyət müddəti bu gün başa çatırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31