Saxta pul kəsən dəstə pul satarkən həbs olundular

Azərbaycanda külli miqdarda saxta əskinas hazırlayan mütəşəkkil dəstə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dəstə üzvlərini nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları zərərsizləşdirib. İdarə əməkdaşlaırının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini Səbuhi Hüseynov və Bakı şəhər sakini Çingiz Nadirov 9 ədəd 20, 9 ədəd 50 və 33 ədəd 100 manatlıq saxta əsginazları 1900 dollara satarkən tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31