DİN Tərtərdə əməliyyat keçirdi, mütəşəkkil dəstə zərərsizləşdirildi

Daxili İşlər Nazirliyinin əməkdaşları Azərbaycanda daha bir kriminal dəstənin zərərsizləşdirilməsi istiqamətində Tərtər rayonunda uğurlu əməliyyat tədbiri keçirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, nəticədə sözügedən dəstə üzvlərindən Yevlax rayonunda yaşayan Mahmud Rüstəmov, Bakı şəhər sakinləri Araz Fərəcov, Məhəmməd Quliyev və Turlan Məmmədov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisində yerləşən müxtəlif barlarda vətəndaşlara qarşı zor tətbiq edərək xuliqanlıq əməlləri, qəsdən sağlamlığa ağır zərər vurma və digər ağır cinayətlər törətdiklərinə görə axtarışda olmaları müəyyənləşdirilib.
Dəstənin digər üzvlərinin də tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31