114 nəfər dərman, 8 nəfər isə sirkə turşusundan zəhərlənib

Ötən il ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsi tərəfindən 114 nəfərin dərmandan zəhərlənməsi faktı qeydə alınıb. Bu barədə "OLAYLAR"a məlumat verən şöbənin rəhbəri Azər Maqsudov bildirdi ki, dərmandan zəhərlənənlər arasında ölüm faktı qeydə alnmayıb. Amma sirkə turşusundan 8 zəhərlənmə hadisəsi qeydə alınıb ki, onlardan bir nəfəri dünyasını dəyişib. Bu ilin yanvar ayı ərzində isə mərkəzə dərman zəhərlənməsi ilə bağlı 32 nəfər müraciət edib ki, onlardan 11 nəfəri хəstəхanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31