Bakıda narkomafiya zərərsizləşdirildi

Yarım kilo marixuana tutuldu

Bakı polisi paytaxtda narkotika alveri edən mütəşəkkil dəstəni zərərsizləşdirib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Suraxanı Rayon Polis İdarəsinin NBM və PPXB əməkdaşları nəticəsində mütəşəkkil dəstə zərərsizləşdirilib. Saxlanılan Bakı şəhər sakinləri Mahir Rəfiyevdən 460 qram, Həsrət Misiyevdən 6 qramdan artıq və əvvəllər məhkum olunmuş Fəxrəddin Cəfərovadan 6 qram narkotik maddə olan marixuana aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31