Bakıda cibgirdən heroin tutuldu
7 Fevral 2013 13:40 KriminalBakıda cibgirliyə görə tutulan şəxsdən heroin aşkarlanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə fevralın 6-da baş verib. Həmin gün 37 saylı xətt avtobusunda Bakı şəhər sakini Hacıbala Hacıyevin cibindən 40 manat oğurlanıb. Yasamal rayon polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Kərimov yaxalanıb. Yoxlamalar zamanı onun üzərindən 0,394 qram heroin aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31