Ədliyyə işçisi Penitensiar Xidmətin Baş İdarəsinin qarşısında özünü yandırmaq istədi
7 Fevral 2013 12:10 KriminalBakıda cəzaçəkmə müəssisəsinin əməkdaşı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş İdarəsinin qarşısında intihara cəhd edib. Özünü öldürməyə cəhd edən ədliyyə işçisi intihara vadar edən səbəbi açıqlayıb. Nəsimi Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, Yaşar Nəsirov özünü ona qarşı edilən haqsızlığa etiraz olaraq öldürmək istəyib. O, ifadəsində deyib ki, işlədiyi cəzaçəkmə müəssisəsinin rəhbərliyi ötən ilin dekabr ayından başlayaraq, ona qarşı təzyiq göstərir və işdən çıxarmağa çalışır. Haqsızlığa dözməyərək özünü öldürmək istəyib.
Onu da əlavə edək ki, Y.Nəsirov 10 litr benzini üzərinə tökərək alışqanla özünü yandıran anda polis əməkdaşları onu qabaqlayaraq dəhşətli intiharın qarşısını alıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31