Rusiyada adam oğurladı, Bakıda tutuldu
30 May 2012 15:14 KriminalRusiyada adam oğurluğunda təqsirləndirilərək axtarışa verilən şəxs Azərbaycanda tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, axtarışda olan şəxs nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi və Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Adıçəkilən qurum əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsi (adam oğurluğu) ilə axtarışda olan Rəfayel Ağayev Tərtərdə saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31