“Dedi nişanlıyam, özgə malıyam...”– polis polkovnik-leytenantı VIDEO
7 Fevral 2013 11:38 KriminalBinəqədi Rayon Polis İdarəsinin əməkdaşı Vaqif Aslanov dayılarını bıçaqlayan Samir Quliyevlə bağlı jurnalistin sorğusuna Aşıq Ələsgərin misraları ilə cavab verib.
"Qafqazinfo"nun məlumatına görə, nişanlı xalası qızına eşq elan edən Samir Quliyev ona xəbərdarlıq edən dayılarını bıçaqlayıb. Daha sonra Bərdə şəhərinə qaçan S.Quliyevi Binəqədi polisi tutaraq istintaqa cəlb edib.
Qeyd edək ki, "Xəzər tv"də efirə gedən sujet sosial şəbəkələrdə paylaşılıb və böyük maraqla qarşılanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31