Bakıda 26 yaşlı qadın günün günorta çağı küçənin ortasında vəhşicəsinə döyüldü

Qadın xəstəxanaya yerləşdirilib

Bakının Qaradağ rayonunda 26 yaşlı qadın möhkəm döyülüb. Rayon Polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1987-ci il təvəllüdlü Ülviyyə Məmmədova günorta saatlarında küçənin ortasında vəhşicəsinə döyülüb.
Onu xəstəxanaya yerləşdiriblər. Qadının sağ ayağı sınıb, qabırğaları, sinə nahiyəsi və üzündə əziklər qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31