Azərbaycan yollarında “atəşkəs” elan edilib
Son sutkada ölkə yollarında ölümlə nəticələnən yol qəzası baş verməyib
7 Fevral 2013 11:24 KriminalFevralın 6-da Azərbaycan ərazisində 9 yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, son sutka ərzində ölkə yollarında baş vermiş qəzalarda ölən olmayıb. 9 hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və yaralılar xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, ölkə ərazisində demək olar ki, hər gün ölümlə nəticələnən çoxsaylı yol-nəqliyyat hadisələri baş verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31