Bakıda oğlan təcavüz etdiyi qızı aldı

Bakının Binəqədi rayonunda qəribə olay qeydə alınıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, iki gün əvvəl 23 yaşı S.M. zorlanıb. Belə bir şikayətlə qızın valideynləri polisə müraciət ediblər. Şikayətdə qızlarının C.M. tərəfindən zorlandığı göstərilib. Binəqədi Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, şikayət araşdırılıb. Valideyn şikayətində qızının zorlandığını desə də, oğlanla qızın bir yerdə yaşadıqları məlum olub. Onlar artıq evliliyə qərar veriblər. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31