Şəmkirdə orta məktəbdə qəfil yanğın
4 korpusun biri külə döndü
7 Fevral 2013 10:44 KriminalŞəmkir şəhərində orta məktəbin binası yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Şəmkir şəhərində Təhsil Nazirliyinə məxsus orta məktəbin ümumi sahəsi 700 kv.m olan (1 mərtəbəli 4 korpusdan ibarət) bir korpusunun dam örtüyü 3 kv.m sahədə 1 sinif otağının yanar konstruksiyaları və əşyalar 20 kv.m sahədə yanıb. Korpusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31