Narkobanda 26 il cəza aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotika daşımaqda təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin mhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib.  Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvləri Kənan İsayev 10 il, Babək İsayev 9 il, Ariz Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Babək və Kənan İsayevlər və Ariz Səfərov Məhərrəm adlı iranlıdan satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycanın Yardımlı rayonunun Arvana kəndinin ərazisinə gətiriblər. Babək İsayev əvvəlcədən əldə edilmiş razılığa əsasən qardaşı Kənan İsayevdə saxlanılan həmin narkotik vasitənin bir hissəsini Bakı şəhərinə daşıyarkən Salyan rayonu ərazisində yaxalanıb, baxış zamanı ona məxsus idman çantasından 6 kiloqram 765,9 qram tiryək aşkar edilərək götürülüb. Kənan İsayev Yardımlı rayonunda, Ariz Səfərov isə Şirvan şəhərində saxlanılıblar. Ariz Səfərovun yaşadığı evə keçirilmiş baxış nəticəsində bir kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31