Çobanı qətlə yetirən çoban arvadına 8 il cəza
6 Fevral 2013 17:54 KriminalŞəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Yevlax rayon sakini, 32 yaşlı Şəhla Muxtarovanın məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Şəhla Muxtarova 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, ötən ilin may ayının 8-də Yevlax rayonunun Nemətabad kəndi yaxınlığında yerləşən fermanın ərazisində orada çoban işləyən 54 yaşlı Ələddin Məhərrəmovun üzərində xəsarətlər olan meyiti tapılıb. Araşdırma zamanı müəyyən olunub ki, onu çoban yoldaşının arvadı Şəhla Muxtarova qayçı ilə qətlə yetirib. Ş.Muxtarova şübhəli şəxs qismində saxlanılıb. İki çoban ailəsi arasında münaqişəyə səbəb məişət mübahisəsi olub.