İsmayıllıda 3 uşaq atasını qətlə yetirən qadın 9 il cəza aldı
6 Fevral 2013 17:53 KriminalŞəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən İsmayıllı rayon sakini 29 yaşlı Şahnaz Ağayevanın məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə qəsdən adam öldürməkdə təqsirli bilinən Şahnaz Ağayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İsmayıllı rayonunun Aşıqbayram kənd sakini, iki uşaq anası Şahnaz Ağayeva tanışı, Gəzli kənd sakini, 3 uşaq atası Elməddin Əhmədovu aralarında olan mübahisə zəminində ürəyindən bıçaqla vuraraq qətlə yetirib. Qanlı hadisədən xəbər tutan İsmayıllı polisi qadını yaxalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31