Sahibkar borca görə dövlət məmurlarını güllələdi

Hadisə Ermənistanda baş verib

Ermənistanın qazdoldurma məntəqəsində silahlı insident baş verib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, insident yanacaqdoldurma məntəqəsinin direktoru ilə bir qrup insan arasında yaranıb. Onlar arasında yaranmış mübahisə zamanı yanacaqdoldurma məntəqəsinin direktoru cibindən tapança çıxararaq ardı-arası kəsilmədən atəş açmağa başlayıb.
Həmin qazdoldurma məntəqəsinin 10 min dollara yaxın borcu olub. Bu səbəbdən də Əştərək qaz idarəsinin əməkdaşları yanacaqdoldurma məntəqəsinin qazını kəsməyə gediblər. Yanacaqdoldurma məntəqəsinin rəhbəri onlara mane olmağa çalışıb və bununla da mübahisə yaranıb.
Ermənistan hüquq-mühafizə orqanları faktı təsdiqləyiblər. Həmçinin bildirilib ki, yanacaqdoldurma stansiyasının direktoru mübahisə zamanı öz silahından havaya yalnız bir güllə atıb. Onu polis saxlayıb, lakin sonradan zəmanətə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31