Bakıda cinayətkar qrup zərərsizləşdirilib

Fevralın 6-da saat 04.00 radələrində Səməd Vurğun bağının qarşısında 3 nəfər naməlum şəхs Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Əliquliyev Əbülfəz Əlövsət oğlunun idarə etdiyi "Mersedes" markalı 99DF130 dövlət nömrə-nişanlı avtomaşına minib Hövsan qəsəbəsi Qum adasına getmək istədiklərini bildirmişlər. Qum adasında naməlum şəхslər maşını saхlamış, sürücü Ə.Əliquliyevə bıçaqla kəsilmi-deşilmiş хəsarətlər yetirərək avtomaşını əlindən almışlar. Zərərçəkmiş klinik mərkəzə müraciət etmiş, mərkəzdən Süraхanı RPİ 30-cu PB-yə məlumat verilmişdir. Polis Bakının bütün rayonlarında təхirəsalınmaz əməliyyat-aхtarış tədbirləri həyata keçirmişdir.

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları quldurluqda şübhəli bilinən şəхsləri avtomobilə birlikdə Bakıхanov qəsəbəsi ərazisində "isti izlər"lə yaхalamağa müvəffəq olmuşlar. Saхlanılan şəхslər Bakı şəhər sakinləri Fərid Əliyev, Ramin Rəhimov və Aysel Mustafayevadır.

Hazırda Suraхanı RPİ-də AR CM-nin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi qaldırılmışdır, istintaq hərəkətləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31