Rövşən Lənkəranskinin qardaşı danışdı: “O sağ-salamatdır, Rövşənlə danışmışam” - AÇIQLAMA
6 Fevral 2013 15:32 Kriminal"Rus KİV-lərinin Rövşən Canıyevin öldürülməsi barədə yazdıqları həqiqətə uyğun deyil". Modern.az bildirir ki, bu barədə məşhur "qanuni oğru"nun qardaşı Namiq Canıyev vesti.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rövşən sağ-salamatdır və hazırda Dubaydadır. "Mən hər gün qardaşımla danışıram. Sonuncu dəfə bu gün danışımışam. Mən bilmirəm ki, bu informasiyaları kim yayır və kim burda maraqlıdır. Bütün bu xəbərlər yalandır"-deyə qardaşı vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31