Rövşən Lənkəranskinin ölüm xəbəri yayıldı
Lənkəranski dünən İstanbulda güllələnib
6 Fevral 2013 12:36 KriminalRusiyanın məşhur avtoriteti "Ded Xasan" ləqəbli Aslan Usoyanın ölümündə əsas şübhəli olaraq bilinən və dünən güllənməsi xəbəri yayılan azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin öldüyü bildirilir.
"Qafqazinfo"nun "Prime Crime" saytına istinadən verdiyi xəbərə görə, dünən İstanbulda aldığı güllə yarasından 38 yaşlı Lənkəranskinin vəfat etdiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31