Məhkəmə qərarlarını icra etməyən 219 nəfər barədə cinayət işi açılıb
6 Fevral 2013 11:21 Kriminal2012-ci ildə məhkəmə qərarlarının icra işlərinin sayı 14% artaraq 185.500-ə çatıb. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, onlardan 75%-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 115.5 milyon manata yaxın vəsaitin ödətdirilməsinə nail olunmub. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2.325 şəxs barəsində inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib, onlardan 80% üzrə borclu şəxs inzibati məsuliyyətə cəlb olunub. O cümlədən 700 şəxs barəsində inzibati həbs tətbiq edilib. Məhkəmə qərarını qərəzli olaraq icra etməyən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə verilmiş təqdimatlar əsasında 219 cinayət işi başlanıb, 3.419 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.