Bakıda türk tələbə qız intihar edib

Qızın Azərbaycan Dövlət Neft Akademiyasının 4-cü kursunda təhsil aldığı bildirilir

Ötən gün Bakı şəhərinin Nəsimi rayonunda 24 yaşlı qız özünü öldürüb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Reyhan Hakkı Zekriyye özünü yaşadığı otaqda asıb.Qızın meyidini tələbə yoldaşları aşkarlayıblar. Qızın Azərbaycan Dövlət Neft Akademiyasının 4-cü kursunda təhsil aldığı bildirilir.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31