Bakıda atışma olub, iki nəfər güllələnib
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
6 Fevral 2013 09:21 KriminalBakıda atışma olub. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib. Hadisə saat 00:00 radələrində paytaxtın Zahid Xəlilov küçəsində yerləşən "Elbaro" restoranında qeydə alınıb.Adıçəkilən restoranda baş verən silahlı insident nəticəsində iki nəfər güllələnib.Onlar - 45 yaşlı Aydın Məmmədzadə və onun oğlu, 20 yaşlı Emin Məmmədzadədir. Güllə yarası alan hər iki şəxs xəstəxanaya yerləşdiriliblər.Onların vəziyyəti ağır qiymətləndirilir.Hadisə yerinə Daxili İşlər Nazirliyinin, Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Hadisənin motivi hələlik açıqlanmır.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.