Bakıda təzə bəy zəncirvari qəzada xəstəxanalıq oldu
5 Fevral 2013 15:53 KriminalBakının Xətai rayonu ərazisində zəncirvari yol qəzası olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Gəncə prospektində baş vermiş qəzada 5 avtomobil toqquşub. Qəzada Sevindik İsmayılovun idarə etdiyi "Mercedes", Kamil Səfərova məxsus "VAZ 2107" markalı maşınlar toqquşub. Zərbənin təsirindən həmin avtomobillər idarəetmədən çıxaraq yol kənarındakı "VAZ 2107", başqa bir "Mercedes" və "Chery" markalı avtomobilə çırpılıb.
Qəza zamanı cəmi 10 gün əvvəl toyu olan Tural Nəcəfov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31