Sumqayıtda daha bir qumarxana aşkarlandı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Sumqayıtda daha bir qumarxana aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirıliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisindəki "Klub-555"-də, oranın icarədarı şəhər sakini Rövşən Beybudovun kazino-qumarxana təşkil etməsi müəyyən edilib. Klubdan 13 ədəd kompyuter dəsti, uduşa qoyulmuş pul və digər əşyalar götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31