Bakıda 3 yaşlı uşaq su quyusuna düşüb ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 4-də Xəzər rayonunun Binə qəsəbəsində baş verib. Qəsəbədə yaşayan 3 yaşlı Rza Əliyev həyətlərindəki su quyusuna düşərək ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31