Qusarda məktəb yandı
5 Fevral 2013 10:38 KriminalQusar rayonunda məktəbdə yanğın olub. Bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Hiloba kəndində (rayon mərkəzindən 35 km aralı) baş verib. Hal-hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 112 kv.m olan birmərtəbəli, 4 otaqlı məktəb binasının 2 sinif otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız inventarlar 88 kv.m sahədə yanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31