Bakıda bıçaqlanma

Zərərçəkmişi bıçaqlayan şəxs və ya şəxslər hadisə yerindən qaçıblar. Anspress xəbər verir ki, Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Seyidzadə küçəsində yerləşən və hazırda təmir işlərinin getdiyi parkda qeydə alınan hadisə zamanı 25 yaşlı Kazımov Elmixan Musa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən müayinə olunan zaman Elmixan Kazımovun bədəninin müxtəlif nahiyyələrində çoxsaylı bıçaq xəsarətləri aşkar edilib və o, dərhal əməliyyat edilib.

Faktla bağlı isə Nəsimi Rayon Polis İdarəsi və 19-cu polis bölməsinə məlumat verilib. Hazırda zərərçəkənə bıçaq xəsarəti yetirən şəxsin tutulması istiqamətində axtarışlar davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı yaralanan Elmixan Kazımov təmir işlərinin getdiyi və hadisənin qeydə alındığı parkda gözətçi işləyir. Ona hücum edən şəxs və ya şəxslər zərərçəkənə elə işdə olan zaman bıçaq xəsarəti yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31