Bakıda yeni ev ölüm gətirdi

Bakının Qaradağ rayonu ərazisində ailə faciəsi olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsi, 30 saylı ünvanda yaşayan 30 yaşlı gənc oğlanın yaşadığı evdə meyiti tapılıb. Mərhumun hansı səbəbdən ölməsi məlum deyil. Hazırda meyit ekspertizaya göndərilib. Onun ölümündə zəhərlənmə ehtimalı var. 
Onu da əlavə edək ki, gənc oğlan ailəsi ilə həmin evə dünən köçmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31