26 yaşlı oğlanın Bakıdakı uşaq parkında bitən hekayəti
Gənc özünü mələfə ilə asıb
5 Fevral 2013 09:50 KriminalBakının Xətai rayonunda 26 yaşlı oğlan özünü öldürdü. Xətai rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Cavanşir küçəsi 15 "V" nömrəli binanın qarşısındakı uşaq parkındakı tikilidə yaşayan 1987-ci il təvəllüdlü Rza Şamil oğlu İsmayılov tikilinin borusundan mələfə ilə özünü asıb.Gənc həmin tikilidə tənha yaşadığı bildirilir. Onun həmişə tənhalıqdan şikayət etdiyi deyilir. Həmçinin oğlanın ruhu xəstə olduğu bildirilir. Faktla bağlı cınayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31