Bakı-Qazax yolunda dəhşətli qəza: ölən və yaralananlar var

Hacıqabul rayonu ərazisində yük maşını ilə minik avtomobili toqquşub.Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində körpüdə ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "SHACMAN" tipli yük maşını ilə "Mercedes" tipli minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasında çatdırılıblar.
Hadisə nəticəsində qum ilə dolu "SHACMAN" maşını körpüdən, 7-8 metr hündürlükdən aşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31