Torpaq şöbəsinin müdirinin həbs xəbəri yayıldı

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları fevralın 4-də saat 17 radələrində Salyanda xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində Salyan rayon torpaq şöbəsinin müdiri Oqtay Quliyev və onun Yusif adlı köməkçisi həbs ediliblər. Bu barədə müsavat.coma Salyandakı mənbələrdən məlumat daxil olub. 
Mənbənin məlumatına görə, Salyan torpaq şöbəsindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. İdarənin əməkdaşları konkret şikayət əsasında torpaq şöbəsində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində O.Quliyev və köməkçisi 3 min manat nömrələnmiş pulu rüşvət qismində alarkən yaxalanıblar. Hazırda şöbənin fəaliyyəti araşdırılır və başqa şəxslərində həbs olunma ehtimalı var.
İş günü başa çatdığından Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə məlumatıdəqiqləşdirmək mümkün olmadı.
Məsələ iləbağlı əlavə məlumatlar olarsa, oxucuların diqqətinə çatdıracağıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31