Azərbaycanda qadın “səssiz ölüm”ün qurbanı oldu
Qadın mənzilində dəm qazından zəhərlənib
4 Fevral 2013 18:29 KriminalBu gün Salyan rayonunda bir nəfər dəm qazından zəhərlənərək ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mtəbuat xidmətinə istinadən verdiyi məlumata görə, Kərimbəyli kənd sakini Piranə Hüseynovanın meyidi evində tapılıb. İlkin müayinə zamanı onun dəm qazından zəhərləndiyi məlub olub. Faktla bağlı araşdırmalara başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31