Bakıda iş adamının “obyekt”i əxlaqsızlıq yuvası imiş

Bakı şəhərində əxlaqsızlıq yuvası aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,  Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də "Eleqan" masaj salonunda əxlaqsızlıq yuvası təşkil edilməsi müəyyən edilib. Məlum olub ki, salonun sahibi Bakı şəhər sakini Elşən Zeynalovun əxlaqsızlıq yuvası təşkil edir.
Hazırda araşdırmalar davam etdirilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31