Azərbaycanda məhkəmə prosesi zamanı intihara cəhd edilib

Lənkəran şəhərində intihara cəhd hadisəsi baş verib.APA-nın cənub bürosunun məlumata görə, hadisə bu gün saat 15.40 radələrində Lənkəran Ağır Cinayətlər Məhkəməsində proses zamanı qeydə alınıb. Təqsirləndirilən Şirvan şəhər sakini, 1978-ci il təvəllüdlü Nurəddin Rəcəb oğlu Yusubov məhkəmə prosesi zamanı özü ilə gətirdiyi kəsici alətlə əlini və venasını doğrayıb. Sol əlinin bilək nahiyəsinin dərin yarası və sağ boyun venasının kəsilməsi diaqnozu ilə təcili Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilən N.Yusubovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31