“Texnikabank”ın Yasamal filialının həbsdə olan müdir müavini barəsində tibbi ekspertizanın rəyi açıqlanıb

"Texnikabank"ın Yasamal filialının həbsdə olan müdir müavini Elnur Seyidovun barəsində təyin olunan tibbi ekspertizanın rəyi açıqlanıb.Bu barədə APA-ya E. Seyidovun vəkili Əsabəli Mustafayev məlumat verib.Məlumata görə, ekspertizanın rəyində E. Seyidovun dağınıq sklerozdan əziyyət çəkmədiyi qeyd olunub: "Rəyin çox hissəsi tibbi terminlərlə olduğu üçün ətraflı başa düşə bilmədik. Lakin yekun hissəsindən belə məlum olur ki, Elnur Seyidovda dağınıq skleroz xəstəliyi yoxdur. Rəyin sürətini bizə vermədilər. Növbəti günlərdə bununla bağlı vəsatətlər verəcəyik".Qeyd edək ki, E. Seyidov martın 27-də saxlanılıb. Martın 29-da isə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178. 3.1 və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham olunur.Onu da qeyd edək ki, E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31