Bacısını öldürməyə cəhd edən bacının cəzası ağırlaşdırılmadı
Baş Prokurorluğun protesti təmin olunmadı
29 May 2012 18:58 KriminalŞəki Apelyasiya Məhkəməsində bacısını öldürməyə cəhddə ittiham olunan Şəki sakini Nazilə Abdullayevanın cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protestinə baxılıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Baş Prokurorluğun Nazilə Abdullayevanın barəsində cəzanı ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazilə Abdullayeva 3 il 4 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Mingəçevir şəhərində yaşayan Şəki rayon sakini Nazilə Abdullayeva ailə münaqişəsi zəminində bacısı Xəyaləyə bıçaqla xəsarət yetirib. N.Abdullayeva Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.