Maşını ilə yoxa çıxmış sürücünün faciəsi

Şamaxıda dəhşətli cinayətin üstü açılıb. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, bir neçə gün əvvəl maşını ilə birlikdə yoxa çıxmış Ağdaş rayonu sakini 47 yaşlı Elsevər Məmmədovun öldürülərək torpağa basdırılması məlum olub. Onu Şamaxıda boğaraq öldürüb, sonra isə basdırıblar. Qətli törətməkdə şübhəli bilinən Şamaxı sakinləri Vasif Sultanov və Oqtay Mürsəlov tutulublar. Onların qətli tamah məqsədilə törətdikləri məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31