Baş Prokuror qarətçinin cəzasını ağırlaşdırdı
29 May 2012 18:54 KriminalŞəki Apellyasiya Məhkəməsində oğurluqla məşğul olan Göyçay rayon sakini Araz Hacıyevin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apellyasiya protesti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun protesti üzrə qərar elan edilib. Qərara görə, məhkəmə Baş Prokurorluğun protestini təmin edib və Göyçay rayon Məhkəməsinin hökmü dəyişdirilib. Yeni hökmə əsasən Araz Hacıyevin barəsində 2 il 8 ay 17 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Göyçay Rayon Məhkəməsinin hökmü ilə Araz Hacıyevə 2000 manat cərimə cəzası kəsilib.
Ittihama görə, Araz Hacıyev özgə əmlakını gizli yolla talamaq məqsədilə 25 yanvar 2010-cu il tarixdə saat 01.00 radələrində Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən Məzahir Şıxəliyevin saxlanc yeri hesab olunan mağazasına qapını açarla açaraq 4500 manat pul və 160 manat məbləğində müxtəlif nar, cin və sim danışıq konturlarını oğurlayıb. O, Məzahir Şıxəliyevə 4660 manat məbləğində maddi zərər vurub.
Anar Hacıyev eyni üsulla Hidayət Osmanovun mağazasından 4197 manat, Şahmar Kərimovun mağazasından isə 1000 manat dəyərində siqaret, danışıq kartları və ərzaq məhsulları oğurlayıb.