Bakıda paltar mağazasında dəhşətli yanğın, 3 avtomobil yanıb

Bakıda  dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Qaradağ rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan şüşə-alkopan  konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları içərisindəki mallar və yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi, "QAZEL" markalı yük avtomobilinin banı, "FORD" markalı mikroavtobusun mühərrik hissəsi yanıb. Yanğın zamanı yüksək temperaturdan yaxınlıqdakı digər mağazanın şüşələri partlayıb. Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 00:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31