Xaçmazda uşaq evdə yanıb

Xaçmazda azyaşlı uşaq evin içərisində yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə  rayonun Mürşüdoba kəndində (rayon mərkəzindən 10 km aralı) baş verib, Vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı, pəncərə çərçivəsi 4 kv.m və ev əşyaları 5 kv.m sahədə yanıb.Yanğın zamanı ev sahibinin nəvəsi yanıq xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən rayon Mərkəzi Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31