Həyat yoldaşını qətlə yetirən məhkəmə qarşısında
29 May 2012 18:47 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fəal İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin kimliyi müəyyən edilib və məhkəmə baxışı iyunun 7-nə təyin edilib.
Qeyd edək ki, 2012-ci il yanvarın 12-də Bakı şəhəri Nizami rayonu ərazisindəki 272 №-li orta məktəbin həyətində orada musiqi müəlliməsi işləyən Rəhimə İsmayılova həyat yoldaşı Fəal İsmayılov tərəfindən qətlə yetirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31