Bakıda mama-roza tutuldu

O, qadınları Türkiyəyə aparıb, orada cinsi istismara məcbur edirmiş

Bakıda daha bir insan alveri ilə məşğul olan qadın tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyatı DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları həyata keçirib. Belə ki, Bakı şəhər sakini Vüsalə Məlikovanın insan alveri ilə məşğul olaraq qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparırmış. Orada qadınları fahişəliyə məcbur edirmiş.
Araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31