Mütəşəkkil oğru dəstəyə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində onlarla mağazadan oğurluq etməkdə təqsirləndirilən mütəşəkkil dəstənin üzvləri, İmişli rayon sakinləri Elşən Sadıqov, Vüsal Əzizov və Qəzənfər İsaqlının məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Faiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Qəzənfər İsaqlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dəstənin digər iki azyaşlı üzvləri Elşən Sadıqov və Vüsal Əzizova 3 il şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.
İttihama görə, əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayan Qəzənfər İsaqlı qonşuları yetkinlik yaşına çatmayan Elşən Sadıqov və Vüsal Əzizovla əlbir olaraq İmişli rayonunda yerləşən Məhəmməd Əliyevə məxsus mağazaya dam örtüyünü sökərək içəriyə daxil olublar. Dəstə üzvləri mağazadan 120 manat dəyərində siqaret, mobil telefon üçün danışıq kartları və 130 manat nağd pul oğurlayıblar.

Bundan başqa, qonşular 10-a yaxın mağazadan da oğurluq ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31