Dostunu bıçaqlayan şəxs azadlığa buraxıldı
31 Yanvar 2013 17:24 KriminalŞirvan Apelyasiya Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilərək həbs olunan Təhməzov Fərid Böyükağa oğlunun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilib. Çıxarılan qərara əsasən, F.Təhməzovun cəzası şərti hesab edilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilinən Fərid Təhməzli 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, F.Təhməzli keçən ilin may ayında dostu Qürbət Manafovu bıçaqlayıb. İçki məclisindən sonra tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı Qürbət söyüş söyüb. Bu səbəbdən də Fərid üzərində olan bıçaqla ona xəsarətlər yetirib.