Bakıda tanınmış şirkətdə ölüm
31 Yanvar 2013 15:16 KriminalBakıda şirkətdə ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 29-da Nizami rayonu ərazisindəki "Az Trade" şirkətinin həyətində baş verib. Şirkətdə gözətçi işləyən Bakı şəhər sakini Sulduz Əmrahov yıxılaraq kəllə-beyin xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş S.Əmrahov yanvar ayının 30-da orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31