Mingəçevir və Salyanda inzibati bina yanıb
31 Yanvar 2013 11:51 KriminalMingəçevir şəhərində ikimərtəbəli inzibati binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 1575 kv.m olan inzibati binanın 1-ci mərtəbəsində giriş qapısının üzərində quraşdırılmış elektrik sayğacı və qapı 1 kv.m sahədə yanıb. Eyni zamanda, Salyan şəhərində ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli, 7 otaqlı inzibati binanın 1-ci mərtəbəsinin 1 otağında 1 kv.m sahədə yataq dəsti yanıb. Bina yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31