FHN Şəmkirdəki dəhşətli yanğınla bağlı məlumat yaydı

 Fövqəladə Hallar Nazirliyi Şəmkirdə baş verən dəhşətli yanğın hadisəsilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Şəmkirin Seyfəli kəndində (rayon mərkəzindən 35 km aralı) baş verib. Tikinti şirkətinə məxsus fəhlələr üçün nəzərdə tutulmuş ümumi sahəsi 300 kv.m olan tikilinin lambir və taxta konstruksiyalardan ibarət üzlüyü yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 2 meyit aşkar olunub. Hadisə zamanı daha 3 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb. Yanğın saat 03:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31