“Binə”dəki yanğın söndürüldü
31 Yanvar 2013 10:25 Kriminal. "Binə" Ticarət Mərkəzində baş verən qəfil yanğın hadisəsinin qarşısı alınıb. "OLAYLAR"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın hadisəsinin qarşısı saat 10:00 radələrində alınıb. Hadisə yerinə 40-dan artıq yanğınsöndürən və 100-ə yaxın canlı qüvvə cəlb edilib. Yanvarın 31-də səhər saat 07:25-də başlanan yanğın hadisəsi 2 saat yarımdan artıq davam edib. Yanğın hadisəsi "Binə" Ticarət Mərkəzinin I korpusundakı birmərtəbəli mağaza kompleksindən başlanıb və korpusda 10-dan artıq mağaza və ticarət köşkü tamamilə yanıb. Yanğın hadisəsinin qısaqapanmadan baş verməsi ehtimal edilsə də, sahibkarlar mağazaların bilərəkdən yandırıldığını iddia edir. Məlumata görə, yanğın hadisəsi korpusda ilk olaraq iki mağazadan başlanıb. Həmin mağazalar paltarların topdan satışı kimi fəaliyyət göstərirmiş.Xatırladaq ki, yanğın hadisəsinin baş verdiyi korpus "Binə" Ticarət Mərkəzinin ən çox alver olunan 5 və 6-cı sıralarının arxa tərərfində yerləşir və həmin ərazi bu sıraların topdan satışı kimi tanınır.Hazırda ərazi polis hə yanğınsöndürənlər tərəfindən mühasirəyə alkınıb və yanğın baş verən yerə heç kim buraxılmır.